"Mourinyo göstərdi ki, ciddi qərarlar qəbul etməkdən çəkinmir"


İdman 21 Fev 2018 16:27:00 253 0

"Mourinyo göstərdi ki, ciddi qərarlar qəbul etməkdən çəkinmir"

"Chelsea"nin sabiq yarımmüdafiəçisi Frenk Lempard "Manchester United"in baş məşqçisi Joze Mourinyo və Pol Poqba arasında konflikt yaranması ilə bağlı söz-söhbətlərə münasibət bildirib. Goal.az xəbər verir ki, veteran futbolçu "Evening Standart" portalında onun üçün ayrılan sütuna bunları qeyd edib:

"Poqbaya qarşı davranışı və münasibəti ilə Mourinyo göstərdi ki, ciddi qərarlar qəbul etməkdən çəkinmir. Amma çoxları dərhal düşündü ki, fransalı futbolçunun "Manchester United"də gələcəyi sual altındadır. Poqba "Manchester United"dən getsə, çox təəccüblənərəm. O, cəmi 18 aydır bu klubda oynayır. Mourinyo onu bəyənir və uğur qazanmasını istəyir. Joze söz-söhbətlərə fikir vermir. Onun məqsədi Pqobanın tam potensialını ortaya qoymasına nail olmaqdır. Bu qərarlar səviyyəli məşqçinin şəxsiyyətinin bir hissəsidir. Poqba müdafiə oyununda artırmalıdır. Onun böyük potensialı var. Amma bu futbolçunun anadangəlmə "!0 nömrə" olduğunu düşünmürəm. Bir mövsümdə 20 qol vuracağını da gözləmirəm. Buna görə Poqba daha rəngarəng oynamağı bacarmalıdır".