Yanvar ayı üzrə sığorta bazarının göstəriciləri açıqlanıb


Digərləri 21 Fev 2018 16:19:47 233 0

Yanvar ayı üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

21 sığorta şirkəti tərəfindən 82.8 mln. manat məbləğində sığorta haqqı toplanıb, 23 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Bakı. 2018-ci ilin yanvar ayı ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 82.8 mln. manat məbləğində sığorta haqqı toplanıb, 23 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib. Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 71.9 mln. manat, ödənişlər isə 18 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 10.9 mln. manat, ödənişlər isə 5 mln. manat olub.