Türkiyədə heyvanlara pasport veriləcək


Dünya 21 Fev 2018 15:55:00 224 0

Türkiyədə heyvanlara pasport veriləcək

Türkiyədə Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin qərarı ilə heyvanların pasportlaşması prosesi başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, müvafiq sənədlər təkdırnaqlı heyvanlara, o cümlədən at, uzunqulaq və digər heyvanlara veriləcək.

2019-cu ilin dekabrın 31-dən heyvanlarda bu sənədlərin olması məcburi hesab olunacaq.