Məktəbdən qayıdan şagirdi maşın vurdu


Digərləri 21 Fev 2018 15:43:00 231 0

Məktəbdən qayıdan şagirdi maşın vurdu

Abşeron rayonunda məktəbdən gələn şagirdi maşın vurub. 

Son.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Digah qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 2007-ci il təvəllüdlü Firuzə Vaqif qızı İsgəndərova məktəbdən çıxarkən yolda toqquşan iki avtomobildən birinin altında qalıb. Nəticədə 11 yaşlı qızın hər iki ayağı sınıb və ağır kəllə beyin travması alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.