Rayonlardakı yeni məhəllələrin elektrik enerjisi təchizatı yaxşılaşdırılır


Digərləri 21 Fev 2018 15:37:00 192 0

Rayonlardakı yeni məhəllələrin elektrik enerjisi təchizatı yaxşılaşdırılır

“Azərişıq” ASC Səyyar “ASAN” xidmət vasitəsi ilə Şirvan RETSİ-ndə yeni layihə həyata keçirir

Bakı. “Azərişıq” ASC Səyyar “ASAN” xidmət vasitəsi ilə Şirvan RETSİ-ndə yeni layihə həyata keçirir. “Azərişıq” ASC-dən Trend-ə verilən məlumata görə, regionlarında yeni salınan yaşayış massivlərinin elektrik enerjisi ilə təchiz edilməsi üçün əsaslı təmir-tikinti və yenidənqurma işləri aparılır, yeni güc mərkəzləri yaradılır, 0,4 kV-luq paylayıçı şəbəkələr yenidən qurulur. Qurum bildirir ki, yeni yaşayış massivləri salınarkən komunikasiya sistemi də hazır vəziyyətdə insanlara təhvil verilməlidir və bunun məsuliyyəti Azərişıq “ASC”-nin üzərində deyil: "Ancaq hər bir vətəndaşın keyfiyyətli, fasiləsiz və dayanaqlı elektrik enerjisi ilə təchiz edilməsini qarşıya məqsəd qoyan “Azərişıq” ASC adətən “yeni məhəllələr” adlanan yaşayış massivlərinin elektrik enerjisi təchizatını fərdi qaydada yenidən qurur".