“Bayramlar gözəli, Novruz bayramı”


Kriminal 21 Fev 2018 14:36:00 512 0

“Bayramlar gözəli, Novruz bayramı”

Heydər Əliyev Sarayı bayram tətili günlərində uşaqları maraqlı, musiqili və əyləncəli proqram ilə sevindirəcək.

Martın 24-də Sarayının səhnəsində "Bayramlar gözəli, Novruz bayramı" adlı möhtəşəm bayram konserti keçiriləcək. Hər il olduğu kimi Novruzun sevilən personajları Kosa və keçəl, Bahar qız şənliyin əsas simaları olacaqlar. Sevimli qəhrəmanlar uşaqlara Novruz bayramı, baharın gəlişi, Novruz çərşənbələri və digər adət-ənənələr haqda məlumat verəcək, müxtəlif oyunlar keçirdəcəklər.

Bundan əlavə, uşaqlar Keçəl və Kosanın məzəli deyişmələrindən ibarət səhnəcikləri, rəqs kollektivlərinin ifasında milli və muasir rəqsləri, illuziya şousunu, musiqili qonaqların çıxışını və ilk dəfə olaraq səhnədə kəndirbazın çıxışını izləyə biləcəklər.

Saat 13:00-da başlayacaq konsertin biletlərinin qiyməti 6-25 manat təşkil edir.