AccessBank UNEC-də "açıq dərs" keçirib


Digərləri 21 Fev 2018 14:27:00 260 0

AccessBank UNEC-də "açıq dərs" keçirib

Fevralın 20-də AccessBank UNEC-də "açıq dərs" keçirib.

Bakı. Fevralın 20-də AccessBank UNEC-də "açıq dərs" keçirib. Bankdan Trend-ə verilən məlumata görə, "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin rəhbəri, iqtisadçı-ekspert Samir Əliyev, Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin baş iqtisadçısı Nail Vəliyev və "PwC Azerbaijan" şirkətinin Marketinq və Kommunikasiya üzrə rəhbəri Aysel Süleymanovanın iştirakı ilə keçirilən "açıq dərs"ə maraq olduqca böyük idi. Belə ki, tədbirdə UNEC-in Maliyyə və Mühasibat fakültəsinin 80-dək tələbəsi könüllü şəkildə iştirak edib. Tədbiri giriş nitqi ilə açan AccessBank-ın Marketinq/Korporativ bankçılıq departamentlərinin direktoru Günay Cəlilova bildirib ki, bu, cari il ərzində keçirilən ilk "açıq dərs"dir və yaxın gələcəkdə digər ali təhsil ocaqlarında da bir neçə analoji dərslərin təşkili nəzərdə tutulub: "AccessBank olaraq biz daim Korporativ Sosial Məsuliyyət siyasətimizə olduqca böyük önəm vermişik. Cəmiyyətə faydalı olmaq bizim əsas prinsiplərimizdəndir. Məhz bu baxımdan biz bu cür tədbirləri davamlı olaraq təşkil etməyi planlaşdırırıq". AccessBank ilə UNEC arasında mövcud olan əməkdaşlığın genişləndirilməsinə toxunan departament direktoru deyib ki, yaxın gələcəkdə bankda tələbələr üçün praktiki təlimlər təşkil olunacaq. Daha sonra Samir Əliyev "Milli valyuta və makroiqtisadi sabitlik" mövzusunda təqdimat keçirib. İnteraktiv qaydada baş tutan təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.