Bakı, Gəncə, Sumqayıt və Abşeronda I sinfə qəbul ediləcək uşaqların sayı açıqlandı


Digərləri 21 Fev 2018 14:14:00 240 0

Bakı, Gəncə, Sumqayıt və Abşeronda I sinfə qəbul ediləcək uşaqların sayı açıqlandı

2018-2019-cu tədris ili üzrə Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda I sinfə qəbulu gözlənilən uşaqların sayı açıqlanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə I sinfə 16-17 min uşağın qəbulu planlaşdırılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sektor müdiri Bəşarət Məmmədov qeyd edib ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların qeydiyyatdan keçməsinə ehtiyac yoxdur.