Həftəsonu Musiqili Teatrda 5 tamaşa nümayiş olunacaq


Digərləri 21 Fev 2018 14:06:15 145 0

Həftəsonu Musiqili Teatrda 5 tamaşa nümayiş olunacaq

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar

Həftəsonu Azərbaycan Dövlət Musiqili Teatrında 5 tamaşa nümayiş olunacaq.

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, fevralın 24-də saat 19:00-da “Bankir adaxlı” (E.Sabitoğlu, T.Vəliyeva), fevralın 25-də saat 12:00-da uşaqlar üçün “Yatmış gözəl və cırtdanlar” (Ş.Pero, A.Sadıqov) tamaşaları ana dilimizdə təqdim ediləcək.

Rusdilli tamaşaçılar üçün isə fevralın 23-də saat 12:00-da uşaqlar üçün “Qoğalın macərası”, saat 19:00-da böyüklər üçün SSRİ xalq artisti R.Hacıyevin "Qafqazlı qardaşqızı” əsəri, fevralın 24-də saat 12:00 və 14:00-da isə “Düyməcik” (H.K.Anderson) nağıl-tamaşası nümayiş olunacaq.

Qeyd edək ki, 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.