"İmkan verməyin ki, təsadüfi insanlar meydanı bulandırsın" VİDEO FOTO


Şou-biznes 21 Fev 2018 13:55:00 235 0

"İmkan verməyin ki, təsadüfi insanlar meydanı bulandırsın"  VİDEO  FOTO

"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan əməkdar artist Lalə Məmmədova maraqlı açıqlamalar verib. Son.az xəbər verir ki, əməkdar artist, ilk olaraq, verəcəyi konsert barədə danışıb: "Fevralın 23-də Beynəlxalq Muğam Mərkəzində "Dan ulduzu" ansamblıyla bir yerdə ötən ilin mahnılarından və öz repertuarıma daxil olan bir neçə mahnıdan ibarət konsert verəcəyik. "Məktəb illəri" mahnısı artıq mənim vizit kartımdır. Konsertlərdə hamı məndən o mahnını gözləyir. Deyirdim sürpriz olsun, ancaq deyecəm, saxlamayacam. İlhamə xanımın repertuarından "Qaragilə" mahnısı da proqrama salınıb. Faiq Sücəddinovdan, Mehriban Əhmədovadan olan mahnılar "Dan ulduzu" ilə ilk dəfə orda səslənəcək. Fikrimcə, yaxşı olacaq. Konsert yorucu olmamalıdır. Mən 3-5 saat da oxuya bilərəm. Gələnləri o qədər yormaq da olmaz". Ucuz qalmaqallara heç vaxt daxil olmadığını dilə gətirən sənətçi haqq sözünü hər zaman deməyi bacardığını söyləyib: "Mən həmişə sözümü deməyi bacarmışam. Sadəcə, baxır hansı söz-söhbətdə insanın adı hallanır. Elə ucuz söz-söhbətlər var ki, insan onu özünə heç yaxın tutmur. Sənətə aidiyyəti olmayan insanlar sənətə müdaxilə edirlər. Elələrinə bir kəlimə sual vermək lazımdır ki, sən kimsən? Biz həmkarlarımızla öz aramızda məsələni həll edə bilərik". Hər zaman üçüncü adamların suyu bulandırması ilə yaranan qalmaqallara toxunan müğənni sənət dostlarına öz tövsiyələrini verib: "Arada suyu bulandıran, dəxilsiz bir yerdə özünü ortalığa atan təsadüfi insanlar çoxdur bu sahədə. Burdan bütün həmkarlarıma səslənirəm. Heç vaxt, heç kimin sözünə uymayın. Sənət yoldaşlarım, imkan verməyin ki, təsadüfi insanlar meydanı bulandırsın. Mən dünən əgər Röya və İradə barəsində açıqlama vermişəmsə, sabah istəmərəm başqa sənət yoldaşım arasında anlaşılmazlıq olsun". Müğənni və model Afaq Aslanla aralarında yaranan gərginlikdən danışan Lalə Məmmədova yenə də eyni düşüncədə olduğunu söyləyib: "Model Afaq Aslan haqda bir söz dedim, ancaq sənətlə bağlı dedim. Dedim ki, sənət göstərsinlər, mənə onun lüt bədəni lazım deyil. O, təhqir deyildi, əslində. O, sənətə sənətçinin bir üsyanı idi, cəmiyyətə çağırış idi". Afaq Aslan isə ötən buraxılışlarımızdan birində Lalə Məmmədova ilə bağlı bu fikirləri səsləndirmişdi: "Sən əməkdar artistəm deyirsənsə, mən həmin atmacaları titula yaraşdırmıram. İndiyədək dəfələrlə Lalə Məmmədovanın şəkilləri qarşıma çıxıb. Baxsın görsün, mən bircə dəfə onun şəkillərinin altına yazmışam ki, necə zövqsüz geyinir, yaxud bu, nə makiyajdır ey, kişiyə oxşayır". Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar