Bakıda yolda vurulan kişi xəstəxanada keçindi


Digərləri 21 Fev 2018 13:42:00 222 0

Bakıda yolda vurulan kişi xəstəxanada keçindi

Bakı şəhərində yolu keçən piyadanı maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, fevralın 20-də saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində Bakı şəhər sakini Mayil Məsimov idarə etdiyi "Daewoo" markalı avtomobillə yolu keçən Biləsuvar rayon sakini Tarıqulu Orucovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.