Bakıda İran kinosu günləri keçiriləcək


Digərləri 21 Fev 2018 13:31:51 177 0

Bakıda İran kinosu günləri keçiriləcək

Açılış mərasimində rejissor İbrahim Hatimikiyanın “Cangüdən” bədii filmi tamaşaçılara təqdim olunacaq

Bakıda fevralın 23-dən 27-dək İran kinosu günləri keçiriləcək. 

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Mədəniyyət və Turizm Nazirliyi və İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi tərəfindən birgə təşkil olunan Kino Günlərinin açılışı Nizami Kino Mərkəzində baş tutacaq. 

Açılış mərasimində rejissor İbrahim Hatimikiyanın “Cangüdən” bədii filmi tamaşaçılara təqdim olunacaq.

Kino Günləri çərçivəsində fevralın 24-də Kamal Təbrizinin “Xəyalın şirin tamı”, 25-də Əbdülhəsən Davudinin “Divanə top”, 27-də isə Kiyaməs Purəhmədin “Ayaqqabım hanı?” bədii filmləri nümayiş etdiriləcək.