Messi və "Barcelona"dan mövsümün ən pis oyunu, "Bavariya" liderliyi ələ keçirdi


İdman 21 Fev 2018 13:16:00 268 0

Messi və "Barcelona"dan mövsümün ən pis oyunu, "Bavariya" liderliyi ələ keçirdi

Çempionlar Liqasının 1/8 final mərhələsində baş tutan "Chelsea" - "Barcelona" matçı Messi üçün əlamətdar olub. Argentinalı ulduz 9 oyun, 730 dəqiqədən sonra London klubunu məyus etməyi bacardı. Eyni zamanda Messi qapı çərçivəsinə dəqiq zərbələrə görə mövsümün ən pis oyununu keçirib. Goal.az xəbər verir ki, katalonların çərçiyə gedən 2 dəqiq zərbəsindən 1-i onun payına düşüb. Hər şeyə rəğmən 30 yaşlı hücumçu komandasının bərabərlik qolunu vurub. Ümumilikdə "Barcelona" "zadəganlar"ın qapısı istiqamətinə 7 zərbə endirib. Bu, komandanın 2017-ci il 14 fevralda PSG-yə qarşı matçdan sonra (0:4) ən aşağı statistikasıdır.

Messi bu mövsüm Çempionlar Liqasında rəqib qapısına orta hesabla 5.6 zərbə vurub. İspaniya La Liqasında analoji göstərici 5.6 zərbədir.

"Chelsea"nin yarımmüdafiəçisi Vilyan "Barcelona" ilə matçda reydlərin sayına görə fərqlənib. Braziliyalı havbek 12 dəfə rəqib futbolçunu aldatmağa çalışıb və bunun 9-da işini səhvsiz yerinə yetirib. Messinin görüş ərzində 11 cəhdindən cəmi 4-ü uğurlu nəticlənib.

Çempionlar Liqasında qapıya zərbələrin orta sayına görə "Bayern Munchen" liderliyi ələ keçirib. Münhen klubu "Beşiktaş"la oyunda rəqib qapısına 28 zərbə vurub. Beləliklə, "Bavariya"nın turnirdə bu baxımdan orta göstəricisi 18.6-a yüksəlib. İkinci yerdə "Liverpool" (18.1), üçüncü pillədə "Real" (17.9) qərarlaşıb.