Türkiyədə müxalif partiyanın 6 üzvü saxlanılıdı


Dünya 21 Fev 2018 13:19:00 256 0

Türkiyədə müxalif partiyanın 6 üzvü saxlanılıdı

Türkiyədə müxalif Xalqların Demokratik Partiyasının (HDP) 6 üzvü sosial şəbəkələrdə terrorizmin təbliğinə görə saxlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, HDP üzvlərinin saxlanması üzrə əməliyyat Kocaeli vilayətində keçirilib.

Ümumilikdə "Zeytun budağı" əməliyyatı başlayandan indiyədək sosial şəbəkələrdə terrorizmi təbliğ edən 790-dan çox şəxs saxlanılıb. Onların arasında PKK terror təşkilatının 16 üzvü də var.