Rusiyada banklar müştəriləri səsindən tanıyacaq


Digərləri 21 Fev 2018 13:05:06 202 0

Rusiyada banklar müştəriləri səsindən tanıyacaq

Rusiyanın “Rostelekom” şirkəti şəxsiyyətin fotoşəkil vasitəsilə eyniləşdirilməsi vahid biometrik sistemini işə salacaq

Bakı. Rusiyanın “Rostelekom” şirkəti şəxsiyyətin fotoşəkil vasitəsilə eyniləşdirilməsi vahid biometrik sistemini işə salacaq. Trend-in məlumatına görə, bu sistemin 2018-ci ilin iyulunda tətbiq olunması planlaşdırılır. Qeyd olunur ki, ilk mərhələdə sistem banklarda tətbiq olunacaq. Hazırda Rusiyanın 20 kredit təşkilatı sistemin sınaqlarını keçirir.