Uşaqlarımızı ipdən necə alaq?


Digərləri 21 Fev 2018 12:58:00 261 0

Uşaqlarımızı ipdən necə alaq?

Günümüzün ən aktual problemlərindən biri, bəlkə də birincisi intiharlardır. Demək olar ki, hər gün insanın özünü öldürdüyü haqqında xəbərlərlə rastlaşırıq. Xüsusən də gənc insanların canına qəsd etməsi halları çoxalıb. Bəzən uşaqların belə intihar etməsinin şahidi oluruq.

Son.az bildirir ki, intiharı yaradan səbəblərdən danışan psixoloq Könül Telmanqızı PressClub.Az-a bildirib ki, faciə, güclü duyğusal stress insanların alternativ həllər üzərində gözlərini dünyaya bağlamasına səbəb oluması ilə nəticələnir:

"Çox zaman bu belədir. Gördüyünüz şey başqasına nisbətən çox az məna daşıyır və sizin üçün əhəmiyyətsiz bir hadisə başqasına son dərəcə stressli görünə bilər. Krizlərin təbiətinə baxmadan, vəziyyətdən yuxarı çıxa bilməyəcəyini düşünərsə insan, intiharın cəlbedici bir həll kimi görünməsi təhlükəsi var deməkdir. Hər kəs zaman-zaman təklik, depressiya, çarəsizlik və ümidsizlik duyğularını yaşayar. Hər kəsin emosional tənzimlənməsi unikaldır. Hər kəs bu vəziyyətlərə müxtəlif yollarla cavab verir".