Kaspşik: "Ofisin genişləndirilməsi Qarabağ münaqişəsi zonasında monitorinqləri artırmağa imkan verəcək"


Siyasət 21 Fev 2018 12:44:41 322 0

Kaspşik: "Ofisin genişləndirilməsi Qarabağ münaqişəsi zonasında monitorinqləri artırmağa imkan verəcək"

"Əlavə əməkdaşlar şəxsi nümayəndənin hazırkı sahə köməkçiləri ilə eyni vəzifələri yerinə yetirəcəklər"

"ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi Dağlıq Qarabağ münaqişəsi zonasında monitorinq aparılmasını artırmağa imkan verəcək".

"Report" xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik "News.am"a müsahibəsində deyib.

Onun sözlərinə görə, əlavə əməkdaşlar şəxsi nümayəndənin hazırkı sahə köməkçiləri ilə eyni vəzifələri yerinə yetirəcəklər.