Sabah hava bəzi yerlərdə çiskinli olacaq


Digərləri 21 Fev 2018 12:23:00 208 0

Sabah hava bəzi yerlərdə çiskinli olacaq

Ölkə ərazisində fevralın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Bakı. Ölkə ərazisində fevralın 22-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir çiskinli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9, Bakıda 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.