Azərbaycan Rusiyanın bu sahədə təcrübəsini öyrənəcək


Siyasət 21 Fev 2018 12:02:00 295 0

Azərbaycan Rusiyanın bu sahədə təcrübəsini öyrənəcək

Azərbaycan Rusiyanın sosial ödənişlərin auditi sahəsində təcrübəsini öyrənəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Hesablama Palatasının auditoru Mehriban Əlişanova Rusiya Hesablama Palatasının nümayəndələri ilə ikitərəfli görüş çərçivəsində deyib.

O qeyd edib ki, iki ölkənin ali auditor orqanları arasında əməkdaşlıq həmişə yüksək səviyyədə olub.

"Biz Rusiyanın Tibbi Sığorta Federal Fondunun vəsaiti hesabına sosial təminat üzrə ödənişləri həyata keçirilən fondların, həmçinin Pensiya və Sosial Sığorta fondlarının vəsaitləri hesabına sosial ödənişləri icra edən fondların auditi sahəsində təcrübəsini öyrənmək niyyətindəyik".

M.Əlişanova əlavə edib ki, pensiyaçıların sayı, ölkələrin və aparılan ödənişlərin miqyası fərqli olsa da, hər iki tərəfdə oxşar problemlər və onların həlli metodları var.