Qaçaqmal yolu ilə ölkəyə qızılzinət əşyaları keçirmək istəyən qadın saxlanıldı FOTO


Digərləri 21 Fev 2018 11:44:00 220 0

Qaçaqmal yolu ilə ölkəyə qızılzinət əşyaları keçirmək istəyən qadın saxlanıldı  FOTO

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının əl yüklərinə "Smiths detektion Heimann X-ray" yük yoxlama cihazı ilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, baxış zamanı, xanım vətəndaşın çantalarındakı paltarların içərisində əvvəlcədən gömrük nəzarətinə bəyan edilməyən, ümumi çəkisi 185,12 qram olan 7 ədəd qızıl üzük, 4 ədəd qızıl bilərzik, 19 cüt qızıl sırğa, 8 ədəd qızıl boyunbağı və 7 ədəd qızıl kulon aşkar edilib.


Xəbərə aid fotolar