Abituriyentlər üçün layihə - “Bir günlük tələbə”


Digərləri 21 Fev 2018 11:40:00 253 0

Abituriyentlər üçün layihə - “Bir günlük tələbə”

UNEC yuxarı sinif şagirdləri arasında çox populyar olan “UNEC-də bir gün” layihəsini davam etdirir.

Bakı. UNEC yuxarı sinif şagirdləri arasında çox populyar olan “UNEC-də bir gün” layihəsini davam etdirir. Universitetdən Trend-ə verilən məlumata görə, məktəblilərə “bir günlük tələbə” olmaq şansı yaradan “UNEC-də bir gün” layihəsinin məqsədi 10-11-ci sinif şagirdlərini universitetlə daha yaxından tanış etməkdir. Eyni zamanda, ixtisas seçimində şagirdlərə məsləhət vermək, onların ixtisas fənlərində dinləyici qismində iştirakına şərait yaratmaqdır.