Şəkidə mal-qara oğrusu saxlanılıb


Digərləri 21 Fev 2018 11:48:00 208 0

Şəkidə mal-qara oğrusu saxlanılıb

Şəki rayonu Sarıca kənd sakini Anar Əliyev Şəki ŞRPŞ-nin Sarıca Polis Bölməsinə ərizə ilə müraciət edərək fevralın 18-də ona məxsus evin həyətyanı sahəsindəki tövlədən 2 baş iribuynuzlu mal-qaranın oğurlandığını bildirib.

Bakı. Şəki rayonu Sarıca kənd sakini Anar Əliyev Şəki ŞRPŞ-nin Sarıca Polis Bölməsinə ərizə ilə müraciət edərək fevralın 18-də ona məxsus evin həyətyanı sahəsindəki tövlədən 2 baş iribuynuzlu mal-qaranın oğurlandığını bildirib. Daxili İşlər Nazirliyinin mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq şöbəyə gətirilib.