Ən narazı və küskün, qoca şahzadə dəfn olundu FOTO


Digərləri 21 Fev 2018 11:35:00 288 0

Ən narazı və küskün, qoca şahzadə dəfn olundu  FOTO

Danimarkanın paytaxtı Kopenhagendə kraliça 2-ci Marqretenin əri, şahzadə-konsort Henrikin dəfn mərasimi keçirilib.

Mərasimdə kraliça, kraliçanın oğlu, taxt-tacın varisi şahzadə Frederik və onun xanımı, şahzadə-konsort Meri, habelə kraliça 2-ci Marqretenin nəvələri iştirak ediblər.

Son.az European-a istinadən bildirir ki, dəfn mərasimi Slotsholmen adasındakı Kristianborq sarayında olub.

Şahzadə-konsort Henrik kremasiya olunandan sonra onun külü torpağa tapşırılıb.

Bu, 83 yaşlı şahzadənin vəsiyyəti idi. Kraliça Marqrete ilə evlənməzdən əvvəl fransız diplomat Anri Mari Jan Andre, qraf de Labord de Monpeza olmuş şahzadə Henrik 2017-ci ilin avqustunda o, öləndən sonra Roskille kilsəsindəki kral sərdabəsində dəfn olunmaq istəmədiyini demişdi.

Həyatının əksər hissəsini, daha doğrusu 1972-ci ildə Marqrete ölkə kraliçası olandan bəri o, kral yox, sadəcə şahzadə-konsort olması ilə barışa bilmirdi.