Biznes-liqada iştirak üçün, korporativ komandaların qeydiyyatı davam edir (FOTO/VİDEO)


Digərləri 21 Fev 2018 11:21:00 228 0

Biznes-liqada iştirak üçün, korporativ komandaların qeydiyyatı davam edir (FOTO/VİDEO)

ABL Cup 2017/18 turnirində iştirak etmək üçün qeydiyyat 16 mart tarixinə qədər davam edir.

Bakı. ABL Cup 2017/18 turnirində iştirak etmək üçün qeydiyyat 16 mart tarixinə qədər davam edir. Biznes-liqanın payız mövsümü maraqla qarşılanıb. Məhz bu səbəbdən digər şirkətlər də, iştirakçı olmaq üçün təşkilatçılara müraciət etdilər. ASEP təşkilatçı olaraq, yeni komandaların qeydiyyatına başlayıb. İştirakçı olmaq hüququnu qazanmaq üçün, əsasnaməyə uyğun olaraq, komanda tərkibinin peşəkar statusu və çalışdığı müəssisədə fəaliyyətinin təsdiqi yoxlanılacaq. Qeyd edək ki, turnirin payız kubokunda 32 korporativ komanda iştirak edib, əksər komandalar yaz kubokunda da iştirakını təsdiqləyib. Bir neçə komanda, turnirdə iştirakın yekunlaşdırıb. Bütün bunlara baxmayaraq, təşkilatçılar qeyd edib ki: Yeni komandaların iştirakı ilə, Yaz kuboku daha dinamik və maraqlı keçəcək. Turnirin bütün məqamları haqqında məlumatları, rəsmi saytda izləyə bilərsiniz: www.abl.az Mini-futbol üzrə «АBL» çempionatı 3 mərhələdən ibarətdir. 1-ci mərhələ: АBL-in Payız kubokunun oynanması (oktyabr-dekabr 2017-ci il) 2-ci mərhələ: АBL-in Yaz kubokunun oynanması (aprel-iyun 2018-ci il) 3-cü mərhələ: АBL Superkuboku uğrunda yarış (iyun 2018-ci il) Payız Kubokunun oynanması və Yaz Kubokunun oynanması 2 mərhələni ehtiva edir: Birinci mərhələ - qrup mərhələsi.