28 yaşlı kişi tanışına 6 bıçaq vurdu


Kriminal 21 Fev 2018 11:14:00 255 0

28 yaşlı kişi tanışına 6 bıçaq vurdu

Quba rayon sakini tanışını öldürməyə cəhd edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki "Damla" adlanan yerdə baş verib. Rayon sakini, 1992-ci il təvəllüdlü Hacıyev Rəşad Osman oğlu həmin yerdə tanışı Süleymanov Orxan Balakişi oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində R.Hacıyev üzərində gəzdirdiyi bıçaqla O.Süleymanovu öldürmək məqsədilə ona 6 bıçaq zərbəsi vurub.

O.Süleymanov hadisə yerindən yaralı vəziyyətdə qaçaraq özünü Quba rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlər yaralını dərhal əməliyyat edərək onun həyatını xilas edib.