İranın müdafiə naziri Azərbaycandadır


Siyasət 21 Fev 2018 11:15:00 269 0

İranın müdafiə naziri Azərbaycandadır

İranın müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Azərbaycana səfərə gəlib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu gün İran İslam Respublikasının müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Səfər çərçivəsində İran nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Səfər fevralın 22-dək davam edəcək.