Avropa Liqasında ilk 1/8 finalçı müəyyənləşəcək


İdman 21 Fev 2018 10:54:00 232 0

Avropa Liqasında ilk 1/8 finalçı müəyyənləşəcək

Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə ilk vəsiqənin sahibi müəyyənləşəcək.

Goal.az xəbər verir ki, 1/16 final mərhələsinin cavab görüşündə Rusiyanın MOİK klubu doğma azarkeşlər önündə Serbiya "Srvena Zvezda"sı ilə üz-üzə gələcək. 

Bu komandalar arasında bir həftə əvvəl Serbiyada baş tutmuş görüş 0:0 hesabı ilə yekunlaşıb. Ona görə də "hərbçilər"i yalnız qələbə qane edəcək.

Moskva təmsilçisinin heyətində Aleksandr Qolovin komandasına kömək edə bilməyəcək. "Srvena Zvezda"da isə itki yoxdur.

Bu matç MOİK-in 2018-ci ildə ilk ev oyunu olacaq.

21 fevral

Avropa Liqası

1/16 final, cavab oyunu

21:00. MOİK (Rusiya) - "Srvena Zvezda” (Serbiya)

Baş hakim: Manuel De Souza (Portuqaliya)