TAPın Yunanıstan hissəsində tikinti işləri irəliləyir


Dünya 21 Fev 2018 10:42:00 283 0

TAPın Yunanıstan hissəsində tikinti işləri irəliləyir

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəmərinin (TAP) Yunanıstan hissəsinin tikintisi üçün zəruri olan bütün xətt boruları artıq çatdırılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu bunu TAP AG konsorsiumunun Yunanıstan üzrə regional meneceri Katerina Papaleksandri Afina energetika forumunun kuluarlarında deyib.

O bildirib ki, Yunanıstanda boru kəmərinin tikintisi ölkənin bütün üç şimal bölgəsində davam etdirilir:

"Hazırda TAP-ın Yunanıstanda 550 km-lik marşrutunda 532 km ərazi təmizlənib, 493 km uzunluğunda boru kəmərləri çəkilib, 472 km-lik hissəsində qaynaq işləri görülüb. Yunanıstanda TAP-ın marşrutu boyunca 280 km ərazi bərpa prosesindədir".