BANMın tələbələri yaz semestrini Yunanıstanda təhsil alacaqlar


Digərləri 21 Fev 2018 10:49:00 271 0

BANMın tələbələri yaz semestrini Yunanıstanda təhsil alacaqlar

Bakı Ali Neft Məktəbinin (BANM) bir qrup tələbəsi 2017/2018-ci tədris ilinin yaz semestrində təhsillərini Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində (PUAS) davam etdirəcəklər. Erasmus+ proqramı çərçivəsində həyata keçirilən bu layihə vasitəsilə Ali Məktəbin "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasının 5 tələbəsi Yunanıstana göndərilməsi qərara alınıb.

Son.az xəbər verir ki, Ali Məktəbin rektoru Elmar Qasımov, tələbələri yola salmazdan əvvəl onlarla görüş keçirib. Görüşdə həmçinin tələbələrin valideynləri və yaxınları da iştirak ediblər.

Rektor qeyd edib ki, bu hadisə tələbələrin həyatında önəmli yer tutacaq, onların dünyagörüşlərinin daha da təkmilləşməsinə və biliklərinin artmasına öz müsbət təsirini göstərmiş olacaq.