Qazanmaq vaxtıdır! Qiymətli kağızlardan asan qazanmağın yolu


Digərləri 21 Fev 2018 10:37:00 265 0

Qazanmaq vaxtıdır! Qiymətli kağızlardan asan qazanmağın yolu

Asan pullar hər kəsin istəyidir, ələlxüsus, bu pullar minimal itkilər və maksimal gəlir ilə əldə olunursa.

Bakı. Asan pullar hər kəsin istəyidir, ələlxüsus, bu pullar minimal itkilər və maksimal gəlir ilə əldə olunursa. İstiqrazlardan qazanc əldə etməyin üstünlüklərinin Azərbaycanda kifayət qədər tanınmamasının əsas səbəblərindən biri də yerli bazarda qiymətli kağızlardan, o cümlədən, istiqrazlardan əmanətçilərinə itkisiz və şərtsiz gəlir ödəmək qabiliyyətində olan şirkətlərin sayının məhdud olmasıdır. Bəs şirkətlərin istiqrazlar buraxmaqda marağı nədir və istiqrazlardan qazanmaq niyə risksiz sayılır? Sadə dildə desək, əmanətçilər pullarını banklardakı depozit hesablarına yatıranda müəyyən gəlir, təqribən illik 8% əldə etməyi gözləyirlər. Əmanətçilərin bu gəlirini təmin etmək üçün banklar həmin əmanətləri müxtəlif şirkət və fiziki şəxslərə müəyyən faizlə kredit şəklində ayırırlar. Bank öz gəlirini məhz bu proses nəticəsində əldə edir. Şirkət isə istiqraz buraxdığı zaman bank kimi vasitəçinin xidmətlərindən istifadə etmədən əmanətçilərinə daha yüksək gəlir təmin etməyə imkan verir (illik təqribən 14%). Eyni zamanda şirkət üçün resursların daha sərfəli cəlb olunması təmin olunur. Nəticə etibarı ilə hər iki tərəf qazanır.