TAP-ın Yunanıstan hissəsində tikinti işləri irəliləyir


Digərləri 21 Fev 2018 10:28:07 234 0

TAP-ın Yunanıstan hissəsində tikinti işləri irəliləyir

Transadriatik boru kəmərinin (TAP) Yunanıstan hissəsinin tikintisi üçün zəruri olan bütün xətt boruları artıq çatdırılıb.

Bakı. Ləman Zeynalova - Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəmərinin (TAP) Yunanıstan hissəsinin tikintisi üçün zəruri olan bütün xətt boruları artıq çatdırılıb. Trend-in məlumatına görə, bunu bunu TAP AG konsorsiumunun Yunanıstan üzrə regional meneceri Katerina Papaleksandri Afina energetika forumunun kuluarlarında deyib. O bildirib ki, Yunanıstanda boru kəmərinin tikintisi ölkənin bütün üç şimal bölgəsində davam etdirilir: "Hazırda TAP-ın Yunanıstanda 550 km-lik marşrutunda 532 km ərazi təmizlənib, 493 km uzunluğunda boru kəmərləri çəkilib, 472 km-lik hissəsində qaynaq işləri görülüb. Yunanıstanda TAP-ın marşrutu boyunca 280 km ərazi bərpa prosesindədir".