Şimali Koreya ABŞ vitseprezidenti ilə görüşü son anda ləğv etdi


Dünya 21 Fev 2018 09:11:00 252 0

Şimali Koreya ABŞ vitseprezidenti ilə görüşü son anda ləğv etdi

Şimali Koreyanın nümayəndə heyəti ABŞ vitse-prezidenti Mayk Penslə Pxençxan Qış Olimpiadası çərçivəsində planlaşdırılmış görüşü son məqamda ləğv edib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.

"Vitse-prezidentin Cənubi Koreyaya son səfəri zamanı Şimali Koreyanın nümayəndə heyətinin rəhbərləri ilə qısa görüş keçirməyə imkan yaranıb. Vitse-prezident Şimali Koreyanın ballistik raket və nüvə silahı proqramlarından imtina etməsinin vacibliyini vurğulamaq məqsədilə bu imkandan yararlanmaq niyyətində olub. Lakin son məqamda KXDR-in rəsmi şəxsləri görüşməkdən imtina ediblər. Onların bu imkandan istifadə etməməsindən təəssüflənirik", - deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi qeyd edib.