Alimlər mobil cihazları hava vasitəsilə yükləməyin yeni üsulunu tapıblar


Digərləri 21 Fev 2018 07:41:00 324 0

Alimlər mobil cihazları hava vasitəsilə yükləməyin yeni üsulunu tapıblar

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun mühəndisləri atmosferdən elektrik enerjisi alan qurğu hazırlayıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni qurğu hava temperaturunun gündəlik dəyişkənliyinə əsasən fəaliyyət göstərir. Qurğu grafen təbəqə ilə örtülmüş və xüsusi mum ilə doldurulmuş mis və nikeldən ibarət metal köpükdən hazırlanıb. Cihazın bir tərəfi istilik yayır, digər tərəfi isə istiliyi özündə saxlayır. Belə temperatur dəyişkənliyi elektrik enerjisi istehsal etməyə imkan verir.