Hədislərdə adı çəkilən Kövsər hovuzu nədir?


Digərləri 20 Fev 2018 23:50:00 338 0

Hədislərdə adı çəkilən Kövsər hovuzu nədir?

Axirət üçün sayılan nemətlər arasında Kövsər hovuzu xüsusi yer tutur. Bu nemətlər - Allahın insanlara verdiyi ən böyük hədiyyələrdir.Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Quran və mənim İtrətim bir-birindən ayrı düşməyəcəkdir, o zamana qədər ki, huvuzun kənarında mənimlə görüşəcəksiniz".

Son.az deyerler.org-a istinadən bildirir ki, bu hovuz haqqında hədislərimizdə çox yad edilmişdir. Peyğəmbərimiz (s) öz yerini o hovuzun kənarında bəyan etmişdir. Bundan başqa buyurmuşdur ki, mənim sizinlə hovuzun kənarında görüşüm olacaqdır.

Bir gün Həzrət Zəhra (s) atasından soruşur: "Atacan! Sizi harada tapım?". Həzrət (s) buyurur: "Qızım, hovuzun kənarındayam".

Peyğəmbərlə (s) ilk olaraq Kövsər hovuzunda görüşən insan - İmam Əli (ə) olacaqdır. Hədislərin birində İmam Əli (ə) özünü həmin hovuzun sahibi kimi tanıdır. Buyurmuşdur: "Mən - Kövsər hovuzunun sahibiyəm".

Həzrət Peyğəmbər (s) buyurur: "Allah hovuz ilə mənə başqa peyğəmbərlərdən üstünlük vermişdir".