Azərbaycan neftinin 1 bareli təqribən 70 dollara satılır


Digərləri 20 Fev 2018 23:24:00 258 0

Azərbaycan neftinin 1 bareli təqribən 70 dollara satılır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 19-da 66,9 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,69 dollar/barel çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 19-da 66,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,69 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 19-da 62,08 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,68 dollar/barel çoxdur.