Beyinlərimiz biz fərqinə varmadan


Digərləri 20 Fev 2018 23:25:00 272 0

Beyinlərimiz biz fərqinə varmadan

Beyinlərimiz biz fərqinə varmadan bir-biri ilə danışa bilərmi?

Danışa bilər. Ən azından ABŞ-dakı Northwestern Universitetindən nevrologiya üzrə professor Dr. Moran Cerf-in beynin neyron siqnallarının sinxronlaşması üzərində apardığı tədqiqata dair nəticələr belə deyir.

10 ildən artıq müddət ərzində professor Serf qərar qəbuletmə prosesini təhlil edib.

O, bunun üçün skandan istifadə edib. Alim müxtəlif stimulların beyində yaratdığı reaksiyaların ekrana göndərilən əksini müqayisə edib.

Məlum olub ki, bir-birilə çox vaxt keçirən insanlarda beyin neyronlarının aktivliyi çox yaxın olur və bəzi hallarda hətta eyni şəkil alır.

"Uzun müddət bir şəxslə birgə vaxt keçirirsinizsə, hər iki beyində sinxronlaşma yaranır", - professor Cerf deyir.

Elektrik siqnalların sinxronlaşması

Elektrik sinxronlaşdırma adlandırılan bu prosesin əksini kompüter ekranında görmək mümkündür.

Alimlər qərarın qəbul olunmasında iştirak edən beyin hissələrini görə bilərlər

"Yalnız iki həftə ərzində eyni filmlərə baxan, eyni kitabları oxuyan, eyni təcrübəni paylaşaraq bir-birilə ünsiyyətdə olan iki insan bənzər nitq tərzini mənimsəyir. Onlar həmfikir olur və bənzər emosiyalar keçirməyə başlayır", - professor Cerf deyir.

O bildirir ki, buna görə siz vaxt keçirdiyiniz şəxsləri yaxşıca seçməlisiniz.

"Yaxın insanlar sizin reallığın qavranmasına müəyyən bir təsir göstərir ki, onun necə baş verdiyini görmək və yaxud da izah etmək çətindir", - tədqiqatçı deyir.

"Siz pis və yaxud uyğun olmayan partnyor seçərək onunla 10 il vaxt keçirmişsinizsə, bunun həyatınıza ciddi təsiri olacaq".