Həzrət Fatimənin kənizinin duasının nəhəng nəticəsi


Digərləri 20 Fev 2018 23:05:00 270 0

Həzrət Fatimənin  kənizinin duasının nəhəng nəticəsi

Ümmi-İmən İslamın üstün dərəcəyə malik olan qadınlarından olmuşdur ki, hər zaman nübuvvət ailəsinin xidmətində dururdu. O zaman ki, Həzrət Fatimə (s.ə) dünyasını dəyişir, Ümmi-İmən o qədər narahat olur ki, artıq Mədinədə qalmağa taqəti çatmır. Ona görə də Məkkəyə yollanır.

Son.az deyerler.org-a istinadən bildirir ki, yolu səhradan düşür və Cəhəfə yolunda susuzluq ona qalib gəlir.

Yanında su götürməmişdi və o qədər susuzlayır ki, artıq ölüm ayağında olur.

Bu zaman Allaha diqqət edir və gözündən yaş axan halda dua edir: "Ey, mənim Allahım! Məni susuz qoyacaqsan, halbuki mən Peyğəmbərinin (s) qızının (Fatimənin (s.ə)) kənizi olmuşam".