Qiyamət günü milyardlarla insan necə diriləcək?


Digərləri 20 Fev 2018 22:55:00 211 0

Qiyamət günü milyardlarla insan necə diriləcək?

Ustad Ənsarian buyurur: "Tarix boyu əksər insanların çətinliyi Qiyamətə inanmaqda olmuşdur. İnsanlar görürdülər ki, ümmətlər zəlzələ, tufan və təbii ölüm sayəsində ölürlər. Bir müddət sonra bədənləri çürüyür və torpağa çevrilirlər. O bədəndən heç bir əsər qalmır. Ona görə də İlahi vədənin düzlüyünə inana bilmirlər.

İnana bilmirlər ki, bir gün Allah bu torpağa qarışmış bədənləri dirildəcək və onlara can verəcəkdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, Allah Quranda buyurur: "Məgər göyləri və yeri yaradan Kəs, onların bənzərini yaratmağa qadir deyilmi?! (Belə ki, onların üzvlərini torpaqdan toplayaraq surətcə onlara oxşar və maddəcə onların eyni olan bir forma versin). Əlbəttə (qadirdir)! Odur kamil surətdə yaradan və (hər şeyi) bilən. Bir şeyin var olmasını istədiyi zaman Onun (Allahın) əmri və məqamı ona ancaq: "Ol!" - deməkdir. O da dərhal olar (heç bir alətdən istifadə etmədən, Allahın məhz iradə və istəyi ilə var olar, sanki, ona "Ol" demiş, o da olmuşdur).

Hər şeyin həqiqi mülkiyyəti və kamil hökmranlığı (qüdrət) əlində olan Allah (hər nöqsandan) pak (və uzaq)dır. (Siz insanlar hamınız) Ona tərəf qaytarılacaqsınız". ("Yasin" 81-83).

Allah Təala Qiyamət günü milyardlarla insanı dirildəcəkdir. Bu, Allah üçün ilk dəfə deyildir ki, insan bu qədər təəccüb edir! Allah yuxarıdakı ayələrdə buyurur ki, sizin təəccübünüz yersizdir. Bu, Allah üçün ilk dəfə deyildir ki, ölmüş insanı torpaqdan yenidən diriltsin. Çünki, Allah insanı torpaqdan yaratmışdır və onu yenidən diriltməyə də qadirdir. Bu iş Allah üçün qətiyyən çətin deyildir.