Türkiyə səfirliyinə şübhəli məktub göndərildi


Dünya 20 Fev 2018 22:02:00 251 0

Türkiyə səfirliyinə şübhəli məktub göndərildi

Türkiyənin Moskvadakı səfirliyinə içərisində ağ toz şəkilində maddə olan şübhəli məktub göndərilib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, məktub araşdırılması üçün Fövqəladə Hallar Nazirliyinin Moskva şəhəri İdarəsinə göndərilib.

Məktubun kim tərəfindən səfirliyə göndərildiyi bilinmir.

Məktubu alan səfirliyin əməkdaşları şübhələndikləri üçün onu laboratoriyada radiasiya və kimyəvi maddələri aşkar etmək üçün nəzərdə tutulan cihazda yoxlayıblar.