Xəta edəndə, 7 saat ərzində bu zikri deyənə günah yazılmaz


Digərləri 20 Fev 2018 21:50:00 284 0

Xəta edəndə, 7 saat ərzində bu zikri deyənə günah yazılmaz

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, tövbə edər, ancaq pis dostlarını dəyişdirməz - tövbə etməmiş olar".

İmam Əli (ə) buyurur: "O kəs ki, tövbə edər, gərək cismi itaətin çətinliyini dadsın, necə ki, bu cisim günahın şirinliyini dadmışdır".

İmam Sadiq (ə) buyurur: "Tövbənin şəraiti budur ki, tərk etdiyin vacibatın qəzasını yerinə yetirirsən".

İmam Əli (ə) buyurur:

استغفر و الله ربي و اتوب اليه

"Əstəğfirullahə Rabbi və ətubu iləyh" zikri ilə batininizi xoş ətirli edin ki, günahın pis iyi sizi rüsvay etməsin".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) buyurur: "Hər kim günah edər, gündüzdən 7 saat ona möhlət verilər ki, (tövbə etsin). Əgər 3 dəfə desə:

استغفر الله الذي لا اله الا هو الحي القيوم  

"Əstəğfirullahəl-ləzi lə iləhə illə huvəl-həyyul-qayyum"

Həmin günah onun üçün yazılmaz". (Beytutə saytı)