Poroşenko Donbasla bağlı qanun imzalayıb


Dünya 20 Fev 2018 21:42:00 194 0

Poroşenko Donbasla bağlı qanun imzalayıb

Ukrayna prezidenti Pyotr Poroşenko hərbi kabinetin iclası zamanı Donbasın reinteqrasiyası haqqında qanun imzalayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, sənəd rəsmi nəşr hesab olunan "Qolos Ukrainı" qəzetində dərc edildikdən sonra qüvvəyə minəcək.

Sənədin imzalanması zamanı P.Poroşenko bildirib ki, qanun Donbasın siyasi-diplomatik yolla Kiyevin nəzarətinə qaytarılması üçün  hüquqi mexanizmi təmin edəcək. P.Poroşenko müdafiə naziri və Baş Qərargah rəisinə ölkənin şərqində hərbi əməliyyatın formatının dəyişdirilməsi, habelə birləşmiş qüvvələrin komandanı vəzifəsinə namizədə dair təklifləri aprelin 1-dək hazırlayıb təqdim etməyi tapşırıb.

Qeyd edək ki, Ali Rada  Donbasın reinteqrasiyası haqqında qanunu yanvarın 18-də qəbul edib.