Azərbaycanda model olmaq istəyən oğlanlar


Şou-biznes 20 Fev 2018 21:31:00 705 0

Azərbaycanda model olmaq istəyən oğlanlar

"Billionaire Lounge" klubunda "Miss & Mister Grand Azerbaijan" gözəllik müsabiqəsinin kastinqi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, seçmə turunda 16-27 yaş arasında model görünüşlü oğlanlar və qızlar iştirak ediblər. Qızlar üçün əsas tələb boyun 1 metr 70 sm-dən, oğlanlar üçün isə 1 metr 80 sm-dən hündür olması olub.

Kastinqdə 100-dən artıq namizəd iştirak edib. Müsabiqədə iştirak etmək istəyən oğlanların sayı qızlardan çox olub.

Xatırladaq ki, müsabiqədə yalnız daha öncə heç bir titul qazanmamış yeni başlayan modellər iştirak edə bilərlər.