Kişinin müxtəlif qadınlardan 13 uşağı var


Digərləri 20 Fev 2018 21:35:00 234 0

Kişinin müxtəlif qadınlardan 13 uşağı var

Banqkok məhkəməsi Yaponiyadan olan kişiyə tailandlı surroqat analardan olan 13 uşağa atalıq hüququna sahib olduğu barədə qərara çıxarıb.

Məhkəmənin qərarı 28 yaşlı Mitsutoki Shigeta-ya uşaqlara valideyn qayğısı göstərmək hüququ verir.

Varlı biznesmenin oğlu olan həmin kişinin 2014-cü ildə Tailanddakı surroqat analardan 16 uşaq atasının olduğu məlum olub.

"Uşaq fabriki" adı verilmiş bu qalmaqaldan sonra Tailand xarici vətəndaşlar üçün kommersiya əsasında surroqat ana xidmətinin göstərilməsinə qadağan qoyub.

Surroqat analara valideynlik hüququ verməyən məhkəmə Mitsutoki Shigeta-nın "tənha valideyn" statusunu tanıyıb.