Abşeronda mənzil qarət edilib


Digərləri 20 Fev 2018 21:12:00 274 0

Abşeronda mənzil qarət edilib

Ötən gecə Abşeron rayonunda yaşayış evi qarət edilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Abşeronun Masazır qəsəbəsində, Yeni yaşayış massivində baş verib. Gecə heç kəsin olmadığı saatlarda Gülağa İbayevə məxsus evə daxil olan şəxs və ya şəxslər ona 7 min manata yaxın ziyan vurublar. Ev sahibləri hadisədən bu gün səhər xəbər tutublar. Naməlum şəxslər hasardan aşaraq evə daxil olublar. Ev sahibinin sözlərinə görə, qarət edən şəxslər evdə xeyli axtarış aparıblar. Ev sahibi bildirib ki, hadisədən bir müddət əvvəl ərazidəki elektrik xətti də kəsilib.

Faktla bağlı polisə məlumat verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirblər və barmaq izləri götürülüb. Araşdırma aparılır.