YPG Afrindən geri çəkildi


Dünya 20 Fev 2018 20:59:00 289 0

YPG Afrindən geri çəkildi

Türkiyə ordusunun açdığı xəbərdarlıq atəşindən sonra YPG kürd silahlı dəstələri Afrindən geri çəkilib.  

Son.az APA-ya istinadən xəbər verir ki, Türkiyə artilleriya qüvvələrinin zərbələrinə tuş gələn kürd silahlı dəstələri  Afrinin 10 kilometrliyində dayandırılıb.

Bundan əvvəl bəzi KİV-lər Suriya ordusu və YPG arasında əldə olunmuş sövdələşməyə əsasən, hökumət qüvvələrinin yaxın günlərdə Afrində və Türkiyə ilə sərhəd ərazilərdə bir neçə mövqeni nəzarətə götürmək niyyətində olduğunu bildirmişdi.