Azərbaycanlı aktyor: "İstərdim ki, 10 qız mənim arxamca düşsün, dərdimdən ölsün" FOTO


Kriminal 20 Fev 2018 21:01:00 351 0

Azərbaycanlı aktyor: "İstərdim ki, 10 qız mənim arxamca düşsün, dərdimdən ölsün"  FOTO

Aktyor və ssenarist Ənvər Abbasovun Son.az-a müsahibəsi.

- Ənvər Abbasov kimdir?

- Ənvər Abbasov 1985-ci ildə Ağdamda anadan olub. Bir oğlum, bir qızım var.

- Hansı təhsil ocağını bitirmisiniz?

- Mən kollec bitirmişəm, universitet təhsili almamışam. Ümumiyyətlə, bu sahəyə aid olan heç bir təhsil ocağını bitirməmişəm.

- Özünüzü hansı peşəyə aid edirsiniz?

- Mən ssenaristəm.

- Bircə rejissorluq qalıb. Nə vaxt rejissorluq edəcəksiniz?

- Mən rejissorluq etmək istəsəm, rejissorlar çörəksiz qala bilər.

- "Qardaşlar" serialında sizin səsinizin də olduğunu gördük. Sizdən məncə, yaxşı xanəndə də ola bilər.

- Əslində mən Zabit Nəbizadənin tələbəsiyəm. 5 il musiqi təhsili almışam. Bir dəfə futboldan gələndə buzlu su içdim, səsim batdı. Daha sonra oxumaq istəmədim. Çünki oxuyan çoxdur, ssenarist azdır.

- Bu gün ölkəmizdə kifayət qədər yaxşı ssenarist var?

- Bəli, az da olsa var.

- Çəkdiyiniz seriallarda hansı obrazda gözünüz qalıb?

- Bəli, belə bir rol var. Hamı deyir ki, niyə oynamırsan? İstərdim ki, 10 qız mənim arxamca düşsün, dərdimdən ölsün. Bilirəm ki, bu obraz elə arzu olaraq da qalacaq. "Qız atası" serialında Azər Axşamın katibəsi ilə bir rolu var. O da arzu kimi qalıb.


Xəbərə aid fotolar