Göygöldə qohumunun evindən 8 min oğurlayıb


Digərləri 20 Fev 2018 21:08:00 265 0

Göygöldə qohumunun evindən 8 min oğurlayıb

Qohumunun evindən 7 min 900 manat oğurladı, Bakıya gedib keyf-damağa xərclədi.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Göygöldə olub. Rayon sakini, 33 yaşlı Elfaq İsayev rayonun Üçtəpə kəndində yaşayan qohumu Feyruz Məmmədovun evindən 7 min 900 manat oğurlayıb. Həyata keçirilən tədbirlər nəticəsində o, tutulub.

Saxlanılan şəxs etiraf etməsə də, onun daha əvvəl Rusiyada yaşayarkən məhkum olduğu bildirilir.

Elfaq İsayev həmçinin oğurluq əməlini içkili halda törətdiyini və peşman olduğunu deyib.