25 yaşlı gəlinin görüşdüyü kişi ərinin yaxın dostu çıxdı


Dünya 20 Fev 2018 20:10:00 296 0

25 yaşlı gəlinin görüşdüyü kişi ərinin yaxın dostu çıxdı

Arvadını əmanət etdiyi ən yaxın dostu öncə qadınını, sonra, canını aldı

Türkiyənin Alibeyköy mahalında evində ölmüş vəziyyətdə tapılan şəxsin həbsxanada olduğu müddətdə arvadı ilə maraqlanan, sonra da onunla sevgili olan yaxın dostu tərəfindən öldürüldüyü ortaya çıxıb.

Son.az Haberler-ə istinadən xəbər verir ki, 35 yaşlı Enver Kosovanın boşanma ərəfəsindəki 25 yaşlı arvadı N.K.-nın sevgilisi, özünün yaxın dostu F.D.(43) tərəfindən tüfənglə öldürüldüyü məlum olub.

Qətldən sonra Kosovanın həyat yoldaşı evdən qaçıb. N.K. Yalovada polislər tərəfindən qatil ilə birgə saxlanılıb.

Məhəmməd Vaqif