Koutinyonun evi qarət olunub


İdman 20 Fev 2018 20:07:00 275 0

Koutinyonun evi qarət olunub

"Barcelona"nın yarımmüdafiəçisi Filippe Koutinyonun evi qarət olunub. Goal.az xəbər verir ki, hadisə fevralın 19-u axşam saatlarına təsadüf edib. Braziliyalı havbek ailəsi birlikdə şam etmək üçün restorana gedib. Bundan istifadə edən oğrular onun evinə soxulub. Koutinyo məsələ ilə bağlı polisə müraciət edib. Bir il öncə futbolçunun avtomobili cərimə meydançasına aparılmışdı.

Qeyd edək ki, Koutinyonun komandası Çempionlar Liqasında "Chelsea"yə qarşı oyuna görə Londona uçub. "Sambaçı" isə bu turnirdə "Liverpool" formasını geyindiyinə görə komandasına kömək edə bilməyib və bu səbəbdən Barselonada qalıb.