Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları ödəniş əsasında veriləcək


Siyasət 20 Fev 2018 19:52:00 260 0

Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları ödəniş əsasında veriləcək

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Dəyişikliyə əsasən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 5.1-1-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:

"Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ödəniş əsasında verilir."